Şair Nazilə Səfərli Bakıda yerləşən “Louvre Plaza” şadlıq sarayından şikayətçidir.
Arasdırma.info xəbər verir ki, bu barədə o, instaqramda videopaylaşım edib.
Səfərli təmənnasız şəkildə oktyabrın 4-ü qazinin qızının xınasını təşkil etmək istədiyini, lakin məclisin keçiriləcəyi məkanın rəhbərliyi hər hansı xına şirkətinin zala girişinə icazə vermədiyini bildirib: “Qızın anası rəhmətə gedib, atası isə qazidir. Atasının özəl arzusudur ki, mən həmin məclisdə iştirak edim. Qazi bu gün mənə zəng edib deyir ki, “Nazilə xanım, mən qızımın xeyir işində sizi görmək istəyirəm, ancaq bunlar icazə vermir. Mən də kasıb adamam, sözüm keçmir”… Ay camaat, qazinin balasının toyuna getmək istəyirəm. Məkan qıraqdan heç bir xına şirkətinin girişinə icazə vermir. Onun arzusudur… Mən qazinin balasının, anasız qızının başına sığal çəkməyə gəlirəm, nə istəyirsiniz? Niyə belə edirsiniz? İnsanların arzusunu niyə gözüdə qoyursunuz? Gəlib o anasız qızın nazını çəksək nə olar?”.
Məsələ ilə bağlı sözügedən şadlıq sarayı ilə əlaqə saxladıq. “Louvre Plaza”dan saytımıza bildirildi ki, şairin dedikləri həqiqəti əks etdirmir: “Bizdə xına havayıdır, restoran tərəfindən hədiyyə olunur. Nazilə Səfərli isə həmin ailədən 500 manat istəyib. Ona görə də qızın atası pulsuz olanı seçib”.
Qazi isə bu mövzu ilə bağlı danışmaq istəyib: “İcazə vermirlərsə, dava edən deyiləm ki. Allah hamının canını sağ eləsin”. (qafqazinfo)
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70