Brilliant Dadaşova pul töksə də, Lalə Məmmədovaya qismət olub

Oxunma sayı: 215
27-10-2022, 05:10

Brilliant Dadaşova pul töksə də, Lalə Məmmədovaya qismət olub
Müğənni-bəstəkar Murad Arif müəllifi olduğu və Xalq artisti Brilliant Dadaşova ilə Əməkdar artist Lalə Məmmədova arasındakı qalmaqalı daha da alovlandıran "Bu şəhər ikimizə dar" mahnısından danışıb.

Arasdırma.info xəbər verir ki, sənətçi "O kimdir" proqramında bəstəni Dadaşovaya təqdim etməsini və onu Lalənin oxumasının səbəbini açıqlayıb. Murad bildirib ki, Brilliant bəstəyə pul töküb, aranjiman etdirsə də, təqdim edə bilməyib:

"2007-2008-ci illərdə mahnım partladı. Mən də əsə-əsə Brilliant Dadaşovaya bir bəstə göndərdim. O da yazdı ki, çox gözəldir, mahnı belə olar. Üstündən müəyyən vaxt keçir, mahnımı get-gedə çox sevirəm, mahiyyətini anlayıram. Düşündüm ki, müğənni sevmədi, özünü bu mahnıda görmədi, qəlbimi sındırmır deyə, demir. Qarşı tərəfdən bir mesaj almadım və mahnını göndərdim digər sənət adamlarına: Lalə Məmmədova, Nadir Qafarzadə, Zülfiyyə Xanbabayeva, Abbas Bağırov, İradə İbrahimova, Xatirə İslam, Günay İbrahimli, Günel Zeynalova. Bilirəm ki, yaxşı mahnıdır və çıxartmaq istəyirəm.

Nə bilim ki, Brilliant Dadaşova mahnını o qədər sevib ki, onu Azərbaycanda yox, Türkiyədə hazırlayır. Pul töküb orada aranjiman edib. Fettah Cana pul verib, aranjiman olunub, amma qarşı tərəf mahnını verməyib. Brilliant xanım pul tökür Metin Özülküyə aranjimana verib. Mahnı aranjiman olunur və kompüter yanır. Bu ərəfədə də Lalə Məmmədovadan cavab aldım. Razılaşdıq, pulu qoydum cibimə. Mahnı çıxdı və bildim ki, Brilliant Dadaşovada iki ildir belə talehsizlik yaşanıbmış".//axsam.az

Paylaş
Xəbər lentİ