"Akif İslamzadənin, Anatoli Qəniyevin də fəxri adı yoxdur. Mən onlardan böyük müğənniyəm? Fazil Salayev böyük aktyordur, amma adı olmayıb. 48 yaşında dünyasını dəyişib".
Arasdırma.info xəbər verir ki, bu sözləri "Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari deyib. Jurnalist Həmid Həmidovun yutubda yayımlanan proqramının qonağı olan ifaçı fəxri ad alamamasından gileylənib.
Nazim jurnalistin "Necə olur Miri Yusif Xalq artistidir, sizin fəxri adınız yoxdur? Siz sənətə gələndə, Miri Yusif hələ doğulmamışdı" sözlərinə belə cavab verib:
"Bu haqda çox düşündüm. Hansı kriteriyalara görə, insan fəxri ad almalıdır? Cavab tapmıram. Vətənə xidmət edirəm, millətin sevimli müğənnilərindən biriyəm, dövlət tədbirlərində iştirak edirəm, Prezident, deputat seçkilərində oluram. Normal ailəm var. Digərləri kimi on dəfə evlənib boşanmamışam. 32 ildir ailəmlə xoşbəxtəm. Heç kimin bağına daş atmamışam. Evim var, dövlətdən yardım istəmirəm, demirəm buram ağrıyır kömək edin, təqaüd, ev istəmirəm. Şükürlər olsun ki, kifayət qədər imkanım var. Miri Yusifin hansı kriteriyası, nəyi məndən artıqdır ki, o Xalq artistidir, mən isə heç bir fəxri ada sahib deyiləm. Heç kimin nəyindəsə gözüm yoxdur. Amma analiz edirəmsə, anlaya bilmirəm. Bütün bunları kim və necə edir?". //axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70