Vasif biabırçı ifasından sonra EFİRDƏ — Sözümüzü deyən sənətkarlar

Oxunma sayı: 530
25-09-2019, 19:45

Vasif biabırçı ifasından sonra EFİRDƏ — Sözümüzü deyən sənətkarlar
“İllərlə efirə çıxmasam, heç vaxt narahat olmaram. Biz kifayət qədər sözümüzü deyən sənətkarlarıq”.
Arasdırma.info xəbər verir ki, bu sözləri “Hər şey daxil” verilişinin növbəti qonağı əməkdar artist Vasif Məhərrəmli deyib.

İfaçı bəzi həmkarlarına söz atmağı da unutmayıb:

“Elə şou-biznes nümayəndələri var ki, onlar 1 il, 3 il belə efirə çıxmasalar, heç zaman unudumazlar. Onların yeri hər zaman görünər. Amma elələri var, burdan gəlir oxuyur, səhnədən enən kimi heç yada da düşmür”.

Əməkdar artist istedadlı müğənnilərin efirlərə tez-tez çıxmadıqlarına da fikir bildirib.

“Amma tez-tez efirlərə çıxmaq lazımdır. Biz çıxmadıqca yağışdan sonra çıxan göbələklər kimi artan müğənnilər özlərini itirirlər”.
Qeyd edək ki, V.Məhərrəmli son aylarda bir neçə dəfə biabırçı ifaları ilə sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Sənətçinin sonuncu belə videosu müğənni Rövşən Əzizlə duet oxuyarkən çəkilmişdi.

Paylaş
Xəbər lentİ