Gənc xanəndə Pərviz Qasımov ötən gün "Həmin Zaur" verlişinin qonağı olub.
Arasd;rma/info xəbər verir ki, lakin Pərviz verilişə gecikdiyi üçün aparıcı Zaur Kamal cəzalandırmaq məqsədi ilə ona hər əli ilə 30 dəfə qaldırması üçün studiyaya iki "qantel" gətizdirib.
Alətlərdən birinin daşlarını bərkitmək yaddan çıxdığından "qantel"in daşları xanəndənin ayağına düşüb (Onu da qeyd edək ki, Pərviz Qasımov bu yaxınlarda klip çəkilişi zamanı hündür məsafədən tullanarkən topuğu sınmışdı). Buna baxmayaraq Pərviz Zaurun ona verdiyi tapşırığı sona qədər yerinə yetirə bilib.
Gənc xanəndə tapşırığı uğurla icra etdikdən sonra deyib: "Mən bilməzdim məni belə cəza gözləyəcək". Aparıcı Pərvizin sözlərinə "Bəs nə?! gecikdiyinə görə idi" fikirləri ilə reaksiya verib.
Zaur qonağının bu bacarığına "Yoxdur beləsi, həm müğənni olasan, həm də belə gücə sahib olasan" sözləri ilə tərif yağdırıb.
Xatırladaq ki, Pərviz Qasımov Keçmiş Baş nazir Novruz Məmmədovun kürəkənidir. O, sabiq nazirin qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı bir azyaşlı övladı var. N.Məmmədov 2018-2019-cu illərdə Baş nazir vəzifəsində çalışıb.//milli.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70