Bir konsertdən milyonlar qazanan AZƏRBAYCANLILAR

Oxunma sayı: 146
2-12-2022, 08:45

Bir konsertdən milyonlar qazanan AZƏRBAYCANLILAR
Azərbaycan əsilli məşhurların Rusiyada konsert üçün aldığı qonorarın miqdarı açıqlanıb.

Arasdırma.info xəbər verir ki, bu barədə “Proconcert” konsert agentliyi məlumat yayıb. Qeyd olunub ki, sənətçilərin ödənişləri tədbirin formatından, tur cədvəlindən, məkandan asılı olaraq yüksək və aşağı miqdarda dəyişə bilər.

Azərbaycanlı ulduzlar arasında konsert üçün ən böyük qonorarı Xalq artisti Emin Ağalarov alır, onun qonorarı 7 milyon rubldır (195 min manatdan çox).

Siyahıda ikinci sırada Jah Khalibdir (Bəxtiyar Məmmədov), onun aldığı məbləğ 3,5 milyon rubl (təxminən 98 min manat) civarındadır.

Sıralama isə belə davam edir:

Jony (Cahid Hüseynli) - 3 milyon rubl (təxminən 84 min manat);

HammAli (Aleksandr Əliyev) və Navai (Nəvai Bəkirov) - 3 milyon rubl (təxminən 84 min manat).
Bir konsertdən milyonlar qazanan AZƏRBAYCANLILAR
Bir konsertdən milyonlar qazanan AZƏRBAYCANLILAR
Bir konsertdən milyonlar qazanan AZƏRBAYCANLILAR
Bir konsertdən milyonlar qazanan AZƏRBAYCANLILAR

//olay.az

Paylaş
Xəbər lentİ