Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.
Arasdırma.info xəbər verir ki, bu haqda Hacı Nuran məlumat verib. O bildirib ki, qarmon ifaçısının qəfildən səhhəti pisləşib. Həkimlər onun səhhətinin pis olduğunu bildiriblər.
Hacı Nuran "Xərc çox, ümid az. Kömək etmək istəyənlər üçün qapı açıqdır. Təki sənətkar ayağa qalxsın ... Təki onu xilas edək!" deyə, əlavə edib.
Qeyd edək ki, Aftandil İsrafilov bir neçə həftə əvvəl əməliyyat olunmuşdu.//axsam.az
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70