2022-ci ilin bitməyinə az qalıb. Bu il də Azərbaycanın şou-biznes aləmində maraqlı hadisələrlə yadda qalaxaq. Kimisi ailə qurduğu anları izləyicilərlə paylaşıb, kimisi gözlənilməz şəkildə boşanıb.
Arasdırma.info lent.az-a istinadən bu il evlənən və boşanan məşhurları təqdim edir:
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova bu ilin iyununda Eşqin Cəlilovla ailə qurub. Aylar sonra araları pozulan cütlük yenidən barışıb və bir arada olduqlarını deyib.
Daha öncə İlona adlı modellə evli olub boşanan aktyor Əlixan Rəcəbov bu il Çilənay adlı xanımla ailə qurub. Cütlüyün toy mərasimi sadəliyi ilə diqqət çəkib.
İkinci dəfə evlənən məşhurlardan olan şahmatçı Teymur Rəcəbov bu ilin yanvarında Rusiyanın Xalq artisti Lüdmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib.
Qalmaqallı prodüser kimi yadda qalan Təranə Səmədova bu il gizli şəkildə evləndiyini etiraf edib. Rasim Həsənovla ailə quran prodüserin bu münasibətdən bir övladı doğulub.
Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə Xalq artisti Natiq Şirinovun oğlu Ümidin toyu da bu il baş tutub.
Xalq artisti Həmidə Ömərova oğlu Rəhimə bu ilin iyun ayında toy edib. Rəhim Zülfiyyə adlı xanımla ailə həyatı qurub.
Ətraflı
Əməkdar artist Bəsti Sevdiyeva da oğlu Ayxana xeyir iş edib. Onların toyundan görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Müğənni Xatun noyabr ayında oğlu Adilə təmtəraqlı toy etməsi ilə yadda qalıb.
Hərbi-vətənpərvər mahnıların ifaçısı, diktor Şəmistan Əlizamanlı da oğlu Turala bu il toy edib.
Xalq artisti, müğənni Ağadadaş Ağayev oğlu Seymuru oktyabr ayında evləndirib.
Aparıcı Şəhriyar Əbilov aktrisa, rəqqasə Oksana Rəsulova ilə evləndiyini gözlənilməz şəkildə açıqlaması gündəmə düşmüşdü. Lakin 4 ildir münasibət yaşadıqlarını etiraf edən cütlük boşandıqlarını açıqlamaları növbəti dəfə müzakirələrə səbəb olmuşdu.
Müğənni Mina Hüseyn bu ilin martında Sərxan Həsənova ərə getdiyini sosial şəbəkə hesabında paylaşmışdı. Lakin onun evliliyi uğursuz olub və oktyabr ayında boşandığını açıqlayıb.
Əməkdar artist Nigar Şabanova da bu il boşanan məşhurlar siyahısındadır. O, keçən il evləndiyi Xüsusi Təyinatlı Qüvvələrin giziri Xəyyam Qaragözovla aylar əvvəl boşandığını verilişlərin birində açıqlayıb.
Müğənni Günel Məhərrəmova da bu il boşananlardandır. O, verilişlərin birində 12 ildir evli olduğu ərindən xəyanətə görə boşandığını açıqlayıb.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70