Vasif Məhərrəmli bacısını evdən qovub - "Dedi, bizə lazım deyilsən"

Oxunma sayı: 209
23-12-2022, 18:52

Vasif Məhərrəmli bacısını evdən qovub - "Dedi, bizə lazım deyilsən"
Əməkdar artist Vasif Məhərrəmli ilə uzun illər onunla yaşayan bacısı Leyla arasında dava düşüb.

Müğənni bacısını evdən qovub. Məsələni araşdırmaq üçün Leyla xanımla əlaqə saxladıq.

Arasdırma.info xəbər verir ki, o, Axşam.az-a açıqlamasında bildirib ki, artıq iki ildir qardaşı ilə danışmır və tək yaşayır:

"Vasif qardaşım idi... Bunu gizlətməyəcəyəm, onsuz xəbər bir yerdən çıxacaq. Bilən də bilir bunu... Onun qızı Əfşanı böyütdüm, 18 yaşında universitetə qəbul oldu. Ondan sonra dedilər ki, artıq sən bizə lazım deyilsən. Onlarla heç bir əlaqəm yoxdur. Hər qayğısını çəkdim, evləndirdim, övladı oldu.

Onunla görüşmək istəyim də yoxdur. Nankor adamdan nə gözləyim? İnsan təkdirsə, onu heç bir maddiyat rahatlata bilməz (ağlayır). Ömrümün çoxunu, bütün həyatımı onlara həsr etdim".

Leyla xanım əlavə edib ki, V.Məhərrəmlinin övladları da onunla danışmır:

"Qız anasız qalanda 1 yaş 2 aylıq idi, 35 yaşında idim. Həyatımı ona həsr etdim, baxıcı belə tutmadım. Karyeramı, həyatımı, sənətimi qurban verdim. Heç qızla da əlaqəm yoxdur. Özüm Bakıda qalıram, evim var. İşləyirdim, qıza görə işdən çıxdım. Onun hazırlıqları, məktəbi, universitetə daxil olması ilə məşğul idim. Bütün fikrim ona yönəlmişdi, böyüdürdüm".

Məsələ ilə bağlı Vasif Məhərrəmlidən açıqlama almağa çalışsaq da, zənglərimizə cavab verməyib.

Qeyd edək ki, Leyla illər əvvəl açıqlamasından birində Vasif Məhərrəmliyə və qızına görə ailə qurmadığını demişdi.

Paylaş
Xəbər lentİ