Aktrisa Firuzə Balayeva "Komedixana" proqramından ayrıldığını açıqlayıb.
Arasdırma.info olay-a istinadən xəbər verir ki, bu barədə o, "Səhərin səsi" verilişində danışıb. Sənətçi həm də layihədən ayrılma səbəbindən də söz açıb:
"Heydər Əliyev Sarayında baş tutan iki günlük konsertdən sonra, dekabrın 30-u onlardan ayrıldım. Konsertdən öncə qərar vermişdim, orada elə də vurğulamamışdım ki, gedəcəm. Kollektivdə bəzi uşaqlar bilirdilər ki, gedəcəm, amma inanmırdılar. Mən ağıllı insanlarla işləməyi sevirəm, bir az "şiti çıxarılan" yer mənlik deyil. Düşündüm ki, öz qabımda deyiləm, bir il sonra bu həqiqəti anladım. Həmişə sənətdən başı çıxmayan adamlarla mənim problemim olur. Yenidən qayıtmaq fikrim yoxdur. Adam getdiyi yerə necə qayıtsın? Danmıram, 3 ildən çox işləmişəm, oranın pulu ilə dolanmışam, az-çox tanınmışam. Onları lap ayaq altına ata bilmərəm ki, elədir, ya belədir. Elə deyil. Sadəcə qərar verib çıxmaq istədim. Ayrılmaq istəyirəm deyəndə, bəziləri dedi, getmə. Şəxsən Ənvər Abbasov demədi, getmə. Əksinə yazdı ki, özüm sənə demək istərdim ki, bizimki sənlə alınmır".
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70