Türkan Vəlizadə xəstəliyə tutuldu, toylarını ləğv etdi: "Dualarınıza ehtiyacım var"

Oxunma sayı: 200
18-01-2023, 17:57

Türkan Vəlizadə xəstəliyə tutuldu, toylarını ləğv etdi: "Dualarınıza ehtiyacım var"
Tanınmış müğənni Türkan Vəlizadənin səhhəti pisləşib.

Arasdırma.info shownews.az-a istinadən xəbər verir ki, bu barədə müğənninin prodüseri Mika açıqlama verib.

O, müğənninin suçiçəyinə tutulduğunu açıqlayıb:

"Türkanın vəziyyəti çox ağırdır. Qızdırması 40-dır. Düşmür. Bədəni dərmanlara cavab vermir. Bütün toylarını ləğv edib. Nə yata bilir, nə yeyə bilir. Xəstəliyi çox ağır keçirir".

Türkan özü də səhhətinin pis olması haqda sosial şəbəkədə açıqlama edib:

"Çox pis, ağır xəstələnmişəm. Günlərdir davam edən xəstəlik sağalmaq bilmir. Artıq ağrılara taqətim qalmayıb. Özünüzü mütləq qoruyun. Sizdən istəyim mənim üçün dua edin ki, tez sağalıb ayağa qalxım. Həyatda hər şey boşdur, əsas canımız sağlam olsun. Dualarınıza ehtiyacım var. Çox çətinliklər, ağrılı, acılı günlər gördüm. İnşallah, sizin dualarınızla bu günləri də geridə qoyacam”.

Paylaş
Xəbər lentİ