“Özümü ən rahat hiss etdiyim yer hamamdır” - Azər Axşam

Oxunma sayı: 851
14-03-2017, 13:34

“Özümü ən rahat hiss etdiyim yer hamamdır” - Azər Axşam

"Narahat yerlərdə daha yaxşı yatıram. Yaxşı yataq olanda, narahat oluram. Həmin həyəcan yuxumu qaçırdır".

arasdirma.info-ın məlumatına görə, bu sözləri aparıcı-aktyor Azər Axşam "Gəlin danışaq" verilişində qonaq olarkən deyib.

A.Axşam aktyorların teatrdan gedişindən söz açıb:

"Əvvəllər teatrdan aktyor gedəndə deyirdilər ki, heyf onu itirdik. İndi isə deyirlər ki, yaxşı ki, teatrdan getdi. Çünki çox tələb edirdi, sual verirdi. Sual verən işçini sevmirlər. Mən özüm çox sual verirdim, tələbkar idim. Mənim aktyor kimi kaprizlərim var... Maliyyə azlığından teatrdan ayrıldım. Onunla ailə saxlamaq olmazdı".

Aktyor rahat olduğu yer haqda danışıb:

"Özümü ən rahat hiss elədiyim yer hamamdır. İnsan üçün ən rahat məkan onun evidir. Amma iş baxımından harada ona ehtiyac varsa, orada özünü rahat hiss etməyə bilməz. Tamaşaçılar məni şoumen kimi görüblər, sonralar isə teatrda. Mən istəmişəm ki, məni aktyor kimi tanısınlar".

A.Axşam rejissorlardan şikayətlənib:

"Aktyorları filmlərə az çəkirlər. Bura seriallar da aiddir. Rejissorlar peşəkar aktyorlarla işləməkdən qorxduqları üçün belə edirlər. Peşəkar aktyorlar olanda sual verir, necə oynamağın lazım olduğunu soruşur, rejissor onda əsəbiləşir. Amma peşəkar olmayanlara isə rejissor deyir ki, "mayallağ aş", o da aşır. Soruşmur ki, niyə aşıram?".

Paylaş
Xəbər lentİ