Nadir Qafarzadə: "Desinlər ki, yatdı, durmadı"

Oxunma sayı: 137
11-04-2023, 01:14

Nadir Qafarzadə: "Desinlər ki, yatdı, durmadı"

Müğənni Nadir Qafarzadə qorxularından söz açıb.

Arasdırma.info xəbər verir ki, sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda xəstəliyə yoluxmadan, rahat dünyadan köçmək istədiyini bildirib.


"Xəstələnib yatağa düşəndən sonra özün də, başqaları da əziyyət çəkir. Allaha həmişə deyirəm ki, nə vaxtsa, canımı alacaqsan. Heç olmasa rahat yatım, səhər desinlər ki, yatdı, durmadı", - deyə Nadir vurğulayıb.
Qeyd edək ki, sənətçi ötən il bacısı Sərfinaz Müqbilova uzun sürən xərçəng xəstəliyindən itirib. //gundem

Paylaş
Xəbər lentİ