Tanınmış meyxanaçı "BOMJ" HƏYATI YAŞAYIR - VİDEO

Oxunma sayı: 123
14-04-2023, 20:02

Tanınmış meyxanaçı "BOMJ" HƏYATI YAŞAYIR - VİDEO

Məşhur "Lotular" mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.


Arasdırma.info verir ki, bu barədə Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində məlumat verilib.



17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır: "Burada qalıram, evim-eşiyim buradır".



Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. 3 ildir ailəsinin dağıldığını bildirən Elşən, bir qız övladı olduğunu qeyd edib. Meyxanaçı həyat yoldaşından ayrıldığı vaxtdan etibarən küçələrdə qaldığını sözlərinə əlavə edib.



Bu da onun son durumunu əks etdirən görüntülər

Paylaş
Xəbər lentİ