"Zakir məni almadı, gedib başqası ilə evləndi" - Könül Xasıyeva

Oxunma sayı: 119
16-04-2023, 08:23

"Zakir məni almadı, gedib başqası ilə evləndi" - Könül Xasıyeva
"Xəstəlikdən danışmaq istəmirəm. Yaxşıyam. Həyat davam edir".
Arasdırma.info xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Günaydın, Azərbaycan" verilişində deyib. Bir müddət əvvəl boğazında şiş aşkarlandığını deyən xanəndə səhhətinin yaxşı olduğunu bildirib:

"Bu xəstəlik üstünə tez düşülməsini tələb edir. Və də əlində vəsait olmalıdır. Təsadüf nəticəsində vaxtında öyrəndim. 23 ildir bu xəstəlik məndə var. Daim nəzarətdə saxlayırdım. Getdiyim xarici ölkədə ilk bunu yoxlatdırırdım. Keçən il boğazıma divan tutdum, soyuq su içdim. Mən anadangəlmə astma xəstəsiyəm. Sənəti bu xəstəliklə birlikdə yaşadıram".


Aparıcı Xoşqədəm Hidayətqızı Əməkdar artist Zakir Əliyevə "Könül Xasıyevanın hansı ifasını sevirsiniz" sualını ünvanlayıb. Xasıyeva isə onun sözlərinə belə reaksiya verib:

"Zakirlə bir sinifdə oxumuşuq, eyni partada oturmuşuq. Bir özümü sevmədi. Məni almadı, getdi xalası qızı ilə evləndi. Çox əlləşdim, vuruşdum, olmadı. Allah xoşbəxt eləsin".

Z.Əliyevin "Xalam var ki, qızı da ola" sözlərinə xanəndə "Qısqanclıqdan mənə düzünü də deməyib" cavabını verib. //axsam.az

Paylaş
Xəbər lentİ