Psixoloq Zaura acıq edərək Xoşqədəmin verilişinə getdi.

Oxunma sayı: 139
28-04-2023, 20:00

Psixoloq Zaura acıq edərək Xoşqədəmin verilişinə getdi.
Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləşən” proqramından acıq edib gedən psixoloq Xoşqədəm Hidayətqızının verilişinə keçib.

Arasdırma.info xəbər verir ki, ötən günlərdə “Bizimləsən” veriliş zamanı tamaşaçıya verdiyi kobud reaksiyaya görə Zaur Baxşəliyevin acıqlandığı psixoloq Könül Cəfərova artıq həmin proqramda çıxış etməyəcək. Psixoloq özü də Xoşqədəm Hidayətqızı ilə fotosunu paylaşaraq yazdığı statusda Z.Baxşəliyevə söz atıb.

X.Hidayətqızıyla paylaşdığı fotoya psixoloq bu sözləri qeyd edib:

“Özgüvənli insan qarşısındakını yıxmır, özgüvənli, ağıllı insandan qorxmur. Tam əksinə, onun daha da parlamasına dəstək olur. Təşəkkür edirəm hər şey üçün, dəyərli xanım”.

Xatırladaq ki, Psixoloq Könül Cəfərova uzun illərdir ki, “Bizimləsən” verilişində ekspert kimi çıxış edirdi. Sonuncu veriliş zamanı müğənni kimi çıxış edən tamaşaçılardan biri haqqında psixoloqun “bu da müğənnilik edir” sözləri Z.Baxşəliyevin xoşuna gəlməmiş, o psixoloqa elə efir zamanı “bu nə davranışdır?, insanlara niyə belə yuxarıdan aşağı baxırsınız?” sözlərini demişdi.//TA

Paylaş
Xəbər lentİ