İlhamə Quliyevanın həyatının son günlərindən danışdılar

Oxunma sayı: 113
4-05-2023, 08:44

İlhamə Quliyevanın həyatının son günlərindən danışdılar
Xalq artisti Faiq Sücəddinov mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı açıqlama verib.

Arasdırma.info xəbər verir ki, bəstəkar "Ötən günlər" verilişində müğənninin ömrünün son günlərindəki vəziyyətindən danışıb.

"Birlikdə verilişə qatılmışdıq. Artıq ayaqüstə dayana bilmirdi. Baba Vəziroğlu ilə birlikdə idik. Baba onun yanında durdu, İlhamə isə bununla ayağa durdu və oxudu" deyə, F.Sücəddinov bildirib.

Deputat Novruz Aslanov da İ.Quliyevanın səhhətindən danışarkən "Gülüstan sarayında konsert keçirirdik. Artıq yeriyə bilmirdi. Amma tədbirə gəldi. İki nəfər onun qoluna girib gətirmişdilər, ağrıkəsici vurub səhnəyə çıxdı. Ayaqüstə durub neçə mahnı səsləndirdi. Həmişə deyirdi ki, son anıma qədər səhnədə olacağam" sözlərini əlavə edib.//axsam.az

Paylaş
Xəbər lentİ