Tatlısəsin keçmiş arvadı: "İbrahim Əzrailə 3:0 qalib gəldi"

Oxunma sayı: 130
12-05-2023, 00:51

Tatlısəsin keçmiş arvadı: "İbrahim Əzrailə 3:0 qalib gəldi"
2011-2013-cü illərdə İbrahim Tatlısəs ilə evli olan və bu nikahdan Elif Ada adlı qızı doğulan Ayşegül Yıldız qatıldığı tədbirlərin birində maraqlı fikir səsləndirib.

Arasdırma.info lent.az-a istinadən xəbər verir ki, keçmiş əri haqqında böyük hörmətlə danışan Ayşegül Yıldız deyib: "O, etdiyi yaxşılıqlar, aldığı dualar sayəsində həyatda qalır".

Onun fikrincə, İbrahim Allahın sevdiyi quludur, yoxsa 3 dəfə ölümdən dönmək hər insana nəsib olmur: "İbrahim Tatlısəs Əzrailə 3:0 qalib gəlib" .

Paylaş
Xəbər lentİ