Flora Kərimova Ülviyyəni "yudu", amma "sərmədi": Üzəduranlıq, işverənlik...

Oxunma sayı: 116
18-05-2023, 17:24

Flora Kərimova Ülviyyəni "yudu", amma "sərmədi": Üzəduranlıq, işverənlik...
Xəbər verdiyimiz kimi, Xalq artisti Flora Kərimovanın şikayəti əsasında jurnalist Ülviyyə Alovlu axtarışa verilib. Tanınmış sənətçi onun ünvanına ağır ittihamlar səsləndirməyə davam edən jurnalistlə aralarındakı məhkəmənin gedişi barədə ictimaiyyətə geniş açıqlama verib.

Arasdırma.info xəbər verir ki, Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlu haqqında sosial mediada yazıb.

"2022-ci ilin dekabın 5-dən axtarışdasan, ay "xəbərsiz". 83 yaşamda da hələki mənim adımla sən gündəmdəsən. Mənə sənin kimi cılız adamlarla gündəm lazım olsaydı, sən yox, sürüsündən ayrıldığın böyüyünün arzuladığı o “polemikaya” qol qoyardım, ya da bu qərar çıxanda sənə sənin gərəkdiyin şərəfi verərdim. Heç bir mətbuat qurumu sənin adını çəkmək istəmir, çünki ağzın iylənir! Üzəduranlıq, işverənlik, həyasızlıq, vulqarlıq, yalan sənət olan yerdə qanundan başqa çıxış yolu qalmır, çünki sənin kimi söyüş vərdişim yoxdur.

Noyabır ayından, 6 aydır polis səni məhkəməylə (məcburi məhkəmə ) guya “tapıb gətirməyi bacarmır”. Həmişəki kimi deyəcəksən ki “mən gizlənməmişəm”. Bu başqa bir mövzudur və yeri gəlmişkən buna ayrı səhifə ayıracağam, əmin ol.

Sən guya faktlarla arxalanan ciddi "jurnalist"sən yoxsa, böyük mətbuat katibi olmusan? Art-drektoru olduğun, silsilə "mahnılar" həsr elədiyin, "Bütün seks partilərin ulduzu olan Bagira"dan başlayım, yoxsa süpürgəçilikdən aşağı redaktoru olduğun jurnaldakı sorğularından və məqalələrdən? Balkonunda qoxladığın yağışlar yağdı cardaqların örtüldü? Məhkəmələrə "hörmətlə yanaşan", artıq bilirsən iyun ayın 7-si təkrar məhkəməndir! Məhkumluq layiq olduğun qədərindir. Məndən qaçacağın yer ancaq bir yerdir! Sən qorxduğun yer" , - Xalq artisti açıqlamasında qeyd edib.

Qeyd edək ki, Ülviyyə Muradova Xalq artisti Flora Kərimova tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Xatırladaq ki, tərəflər arasında qalmaqala səbəb Ü.Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.//publika

Paylaş
Xəbər lentİ