“Yalansa, başınıza Afaq boyda daş düşsün” – Xalq artisti ƏSƏBİLƏŞDİ

Oxunma sayı: 116
21-05-2023, 12:26

“Yalansa, başınıza Afaq boyda daş düşsün” – Xalq artisti ƏSƏBİLƏŞDİ
Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqı haqda açıqlama verib.

Arasdırma.info olay-a istinadən xəbər verir ki, bu barədə o, Dadaş Dadaşlinskinin qonağı olarkən danışıb.


Aktrisa söyləyib ki, bir vaxtlar onun sözügedən quruma sədr seçilmək istədiyini deyənlər olub:

“Deyirlər ki, Afaq Bəşirqızı o vaxt Teatr Xadimləri İttifaqının sədri olmaq istəyirdi. Yalansa, başınıza Afaq boyda daş düşsün”.

Bəşirqızı Dadaşlinskinin ittifaqdakı son vəziyyət barədə sualına gəlincə qəribə reaksiya verib:

“Deyir, filankəs ölür, vəziyyəti necədir? Cavab verir ki, döşəyi üstünə atdım, bir az oturdum ki, asan ölsün. Yaxşı olar. Hər şey seçkilərdən asılıdır. İnandıqları, tələb edə biləcəkləri, dost kimi yaxınlaşacaqları, dərdlərini bölə biləcəkləri insanı seçsinlər”.

Qeyd edək ki, Azər Paşa Nemətovun ölümündən sorna ittifaqda sədrin səlahiyyətlərinin icra edilməsi müvəqqəti olaraq Xalq artisti Hacı İsmayılova tapşırılıb.

Paylaş
Xəbər lentİ