Röyadan “Tez gəl”…

Oxunma sayı: 119
26-06-2023, 09:35

Röyadan “Tez gəl”…
Xalq artisti Röya Ayxan “14/41” albomunun ilk klipini təqdim edib.

Ekran işi sözləri və musiqisi Etibar Rzalıya aid olan “Tez gəl” mahnısına çəkilib. Layihənin çəkilişləri Türkiyədə Orçun Mutlunun direktorluğu ilə lentə alınıb. “Tez gəl”in klipi mahnının sözlərindən ilham alınaraq hazırlanmış bir ssenariyə sahibdir.

Bir cütlüyün xoşbəxt və kədərli anlarını gördüyümüz hekayədə bəy istəməyərək sevgilisini öldürməsinin şahid oluruq. Ssenaridə bu ana onlarla eyni binada yaşayan qonşuları Röya Ayxan şahid olur, polisə xəbər verir.

Layihədə iki sevgilini Serkan Oktay və Aydan Akboğa canlandırıb. Xalq artistinin saç, makiyajını Elnur Həsənov, staylinqini Özgür Yüksel edib.

Qeyd edək ki, sözügedən “14/41 Türkiyədə hazırlanıb, istehsalçı şirkət “Kevents Group”dur.

Ənənəvi formatda təqdim olunan CD-nin adında qeyd edilən “14” albomdakı mahnıların sayı, “41” isə 14 iyun tarixində Xalq artistinin “qızıl yaş” dövrü hesab edilən - 41 yaşa qədəm qoyması ilə bağlıdır. Albomun prodüseri Kənan Bayramov, musiqi prodüseri Hacı Nazimdir.

Paylaş
Xəbər lentİ