Tanınmış aparıcı OD PÜSKÜRDÜ: “Vado Korovin qohumlarını “Space”ə yığıb… ” – FOTOLAR

Oxunma sayı: 93
9-07-2023, 08:52

Tanınmış aparıcı OD PÜSKÜRDÜ: “Vado Korovin qohumlarını “Space”ə yığıb… ” –  FOTOLAR
“Space” TV-nin sabiq əməkdaşı, tanınmış teleaparıcı Zamirə Dadaşova telekanalın rəhbəri Vado Korovindən narazı olduğunu bildirib.


7Times.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


Aparıcı ““Space” MMC-nin direktoru Vado Korovin və komandasından şikayətçi olduğunu bildirib. Narazılığa səbəb kimi isə əmək kitabçasını götürə bilməməsini göstərib:



““Space” MMC-nin hazırkı direktoru Vado Korovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, “Space”in baş redaktoru, deyilənə görə, Korovinin qohumu olan Elnurə adlı xanımın özbaşınalıqlarından narazıyam. Artıq neçə gündür, əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Aprelin 1-də müəllifi olduğum “Açıq söhbət” verilişinin saat 21:00 efirinə salınmasına baxmayaraq, heç bir səbəb olmadan efirdən çıxardılar. Halbuki, özlərinin razılığı ilə çəkiliş aparılmışdı. Aprelin 27-də Vado Korovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Heç bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər.Səbəbini anlamıram. Deyirəm, siz mənə Vado Korovinin imzası ilə xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır, hüquqşünasımız deyir işə gəlmədiyinə görə işdən azad edək, belə daha doğrudur. Əlimizdə sübut da var ki, feyskontroldan keçməyib. Kadrlar şöbəsinin müdiri deyir “mən onların sözündən çıxa bilmərəm, yoxsa mənə pis olar. Dərəbəylikdir “Space”də yəqin ki. Bəs mənim əlimdə olan sənəd Vado Korovin üçün sübut deyil? Bütün nəsli, deyilənə görə, orada işləyir. Qızınızın, kürəkəninizin adını da işçilər hallandırır. Fətiyevlər də – üç qardaş (Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar”.

Paylaş
Xəbər lentİ