Nəvəsi Musa Nağıyevin 1 milyard dollarını ala bilmir

Oxunma sayı: 94
19-07-2023, 21:36

Nəvəsi Musa Nağıyevin 1 milyard dollarını ala bilmir
Azərbaycanlı milyonçu və xeyriyyəçi Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva "Elgizlə izlə" verilişinə qatılıb.


Arasdırma.info xəbər verir ki, o, ailəsindən bəhs edib. D.Nağıyeva bildirib ki, babası ilə bağlı film hazırlayır:

"Oğlumla qızımın arasında 15 yaş fərq var. İlk övladım oğlan idi. 15 il sonra qızım doğuldu. İndi həkimdir və ailəlidir. İşləməyi sevirəm. 83 yaşım var, amma oturmaq istəmirəm. Hər zaman fəal olmuşam. Xoşbəxt anayam, qayınanayam, ulu nənəyəm. 7 nəticəm var. Babam haqqında filmlər çəkirəm".

Aparıcı Elgiz Əkbər "İsveçrə bankında Musa Nağıyevin 1 milyard dolları qalıb. Neçə ildir pulun üstünə gəlib və 1 milyarda çatıb. Onu ala bilmirsiniz" sözlərini deyib.

Bunu təsdiqləyən D.Nağıyeva "Nə edim... Buna görə Prezidentlə görüşəcəyəm. Dedim ki, Prezidentlə görüşmək istəyirəm, üç dəfə görüşdüm. İki dəfə mənə ev verib. Dedim, maşın istəyirəm, Mehriban Əliyeva mənə maşın hədiyyə etdi. İndi inanıram ki, həmin pullar da gələcək" sözlərini əlavə edib.

Qeyd edək ki, M.Nağıyev Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi olub. O, 1919-cu ildə dünyasını dəyişib. //axsam.az

Paylaş
Xəbər lentİ