Əməkdar artistin evinə oğru girib - Qızılları oğurlanıb

Oxunma sayı: 94
5-10-2023, 00:17

Əməkdar artistin evinə oğru girib - Qızılları oğurlanıb
Əməkdar artist Rühəngiz Allahverdiyevanın qızılları oğurlanıb.
Müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, bununla bağlı heç bir şikayət də etməyib:
"Evimdə nə brilyant var idisə, hamısı oğurlandı. O qədər də çox deyildi. Özü də onları öz zəhmətimlə almışdım. Qızılları mənə hansısa bir kişi bağışlamamışdı və ya almamışdı. Millətimin toylarına gedib pul qazanıb, qəpik-qəpik yığıb brilyantları almışam. Oğurluqla bağlı polisə şikayət etməmişəm. Onları kim götürübsə, rahatlıqla yeyə bilməyəcək".//bakupost

Paylaş
Xəbər lentİ