Rusiyada toyda Şəbnəm “şabaş yağışıına tutuldu

Oxunma sayı: 64
8-10-2023, 08:00

Rusiyada toyda Şəbnəm “şabaş yağışıına tutuldu
Müğənni Şəbnəm Tovuzlu paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, Rusiyada toyların birində çıxış edən sənətçiyə səhnə önündə rəqs edən bir neçə kişi 5000 rubl (təxminən 84 manat 50 qəpik) “şabaş” pul verib.

Həmin pulları isə Şəbnəm tutduğu mikrofonun üzərinə qoyub.

Müğənni aldığı “şabaş”ları onu kənardan çəkən telefonun kamerasına aşkarcasına nümayiş etdirib. Həmin görüntüləri isə Şəbnəm Tovuzlu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Rəylərdə isə sosial şəbəkə əhli Şəbnəmin bu hərəkətini tənqidlə qarşılayıb. Lakin onlar arasında ifaçıya tərəfkeşlik edib, halal pul qazandığını yazanlar da olub

Paylaş
Xəbər lentİ