255 minlik BMW, bahalı nömrə: Balaəliylə bağlı ŞOK İDDİA

Oxunma sayı: 77
25-10-2023, 07:28

255 minlik BMW, bahalı nömrə: Balaəliylə bağlı ŞOK İDDİA
Meyxanaçı Balaəli Maştağalının (Bala Əli Rzayev) bir müddət öncə özünə lüks avtomobil alması müzakirələrə səbəb oldu.

Arasdırma.info xəbər verir ki, 37 yaşlı söz ustadının BMW X7 markalı avtomobilinin 2023-cü il modelinin qiyməti 255 min manatdır.

Balaəlinin zəngin həyat tərzi keçirməsinə şübhə edənlər də var. Bəzi adamlar düşünür ki, meyxanaçının idarə etdiyi bahalı avtomobillər, o cümlədən görüntülərdə əks olunan bahalı nömrələr başqalarına məxsusdur.

Tanınmış jurnalist Pərviz Həşimli də sözügedən avtomobilin Balaəliyə aid olmadığını iddia edib. Onun sözlərinə görə meyxanaçı tez-tez lüks avtomillərin yanında dayanaraq şəkil çəkdirir və özünü zəngin göstərməyə çalışır.

Qeyd edək ki, Balaəlinin 77-BM-777 nömrəli qeydiyyat nişanı bu ilin may ayında 38 min manata satışa çıxarılmışdı.(yenisabah)

Paylaş
Xəbər lentİ