Bu aparıcılar efirdən uzaqlaşdırılır - Verilişlərin bağlanacağı tarix məlum oldu

Oxunma sayı: 30
12-03-2024, 01:10

Bu aparıcılar efirdən uzaqlaşdırılır - Verilişlərin bağlanacağı tarix məlum oldu
Sosial problemlərin müzakirə olunduğu verilişlərlə bağlı narazılığın kütləvi xarakter alması hakimiyyət ideoloqlarını narahat etməyə başlayıb. İqtidar düşərgəsində hesab edirlər ki, Azərbaycan efirinə çəki-düzən verməyin vaxtı çatıb.

Arasdırma.info Yenisabah.az-a istinadən xəbər verir ki, sosial verilişlərdə peşəkar prinsiplərin ayaqlar altına atılması, şəxsi həyata yersiz müdaxilə, aparıcıların müstəntiq funksiyasını həyata keçirməsi ciddi narazılıq doğurub. Qafqazinfonun məlumatına görə, bununla bağlı artıq dörd TV-nin - ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılıb. Onlara "Səni axtarıram", "Elgizlə izlə*, "Yaxşıya doğru", "Bizimləsən", "Həmin Zaur" verilişləri ilə bağlı xəbərdarlıq edilib. Və onlardan efirdəki bu biabırçılığa tezliklə son qoymaq qəti şəkildə tələb olunub. Məlumata görə, telekanal rəhbərləri vəziyyətin ciddi olduğunu nəzərə alaraq, tədbir görməyə qərar veriblər. Tədbirlər planına həmin verilişlərin bağlanılması da daxildir.

Paylaş
Xəbər lentİ