Niyam Salami: “Robot arvad alacağam“

Oxunma sayı: 31
18-03-2024, 16:45

Niyam Salami: “Robot arvad alacağam“
Müğənni Niyam Salami yeni açıqlaması ilə gündəmə səs salıb.

Sənətçi bağ evində qonaq etdiyi "Evdəkilər salam" verilişinə müsahibəsində yenidən ailə quracağından söz açıb.

"Biz insanlar artıq robot dövrünü keçirik. Ona görə də "robot arvad" alacağam. Bundan sonra o, evdə hamının əvəzinə iş görəcək".

Qeyd edək ki, N.Salami müsahibəsində bir dəfə nişanlı və bir dəfə evli olduğunu açıqlamışdı. Lakin müğənni bu evlilikdən uşağının olmadığını bildirib.

Paylaş
Xəbər lentİ