Avroviziyanın ölkəmizdəki rəsmi yayımçısı İctimai TV bu il baş tutacaq 22-ci uşaq Avroviziya mahnı müsabiqəsində Azərbaycanın iştirak etməyəcəyini açıqlayıb.
Arasdırma.info xəbər verir ki, bununla bağlı yayımçı kanal məlumat yayıb:
“Ölkəmizdə müsabiqəyə marağın az olması, qatıldığımız illərdə çəkilən xərclər və reytinq nəticələrinin özünü doğrultmaması bu müsabiqədə iştirakı ikinci plana salmışdır”.
Gələcəkdə uyğun və maraqlı namizəd olarsa, yenidən iştirakla bağlı planı nəzərdən keçirilə bilinəcəyin də mümkün olduğu məlumatda bildirilir.
Qeyd edək ki, müsabiqə 16 noyabr tarixində İspaniyanın Madrid şəhərində baş tutacaq.
Ölkəmiz müsabiqədə son dəfə 2021-ci ildə iştirak etmiş, Sona Əzizovanın ifasında “One of Those Days” mahnısı ilə 5-ci olmuşdur.//metbuat
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70