Məşhurların bayram arzuları

Oxunma sayı: 560
31-12-2019, 15:40

Məşhurların bayram arzuları
Bir neçə saatdan sonra 2019-cu ili geridə qoyub, 2020-ci ilə qədəm qoyuruq. Məşhurlar bu dəfə Yeni il arzularını dilə gətiriblər.
Axşam.az tanınmışların 2020-ci illə bağlı sosial şəbəkədə yazdığı arzuları təqdim edir.



Xalq artisti Röya Ayxan: "Hamınıza lal, kar, kor da olsa bir şaxta baba arzulayıram".

Əməkdar artist Manana: "2020-ci ildə hamıya böyük uğurlar arzulayıram".

Müğənni Xatirə İslam: "Bütün sənət dostlarımı, qohumlarımı, İnstaqram izləyicilərimi təbrik edirəm. Sağlam olun... Xəstəliklər, pisliklər bizdən uzaq olsun. Bu həyat insana bir dəfə verilir, onu sağlam yaşayaq. Əlvida 2019-cu il".

Aparıcı Kamilə Babayeva: "Hər şey üçün təşəkkürlər 2019. Sağlam, hüzur, bərəkət dolu günlərlə gəl 2020-ci il.

Rəqqasə Fatimə Fətəliyeva: "Həyatda düzgün əməllərlə yadda qalaq. 2020-ci il düşərli olsun. Mənim ən özəl hədiyyəm ailəm və övladlarımdır. Şükür ki, Allah məni onlar qarşısında utandırmır".

Paylaş
Xəbər lentİ