Heyvanları sevdiyini yazdı, gözləmədiyi reaksiya ilə üzləşdi - Foto

Oxunma sayı: 494
12-01-2020, 06:58

Heyvanları sevdiyini yazdı, gözləmədiyi reaksiya ilə üzləşdi - Foto
Əməkdar artist Abbas Bağırovun İnstaqramda yazdığı sözlər müzakirə yaradıb.



Arasd;rma.info Axşam.aza istinadən xəbər verir ki, Gürcüstana yollanan ifaçı qucağında tülkü ilə şəkil çəkdirib. O, fotonu sosial mediada bölüşərək “Heyvanlara sevgim böyükdür. Bu tülkünü gördüm çox təəccübləndim, çünki belə rəngdə olanını görməmişdim. Sən demə, qarışıq növdür. Yenə də gözəldir” deyə, yazıb.

Sosial şəbəkə istifadəçiləri diqqəti tülküdən çox A.Bağırovun geyindiyi timsah dərisinə bənzər materialdan hazırlanan gödəkçəsinə yönəldiblər. Onlar müğənniyə irad tutaraq “Heyvanları sevməyiniz geyiminizdən bəllidir” sözləri ilə qarşılıq veriblər.

Sənətçi isə yazılan tənqidləri cavabsız qoyub.

Paylaş
Xəbər lentİ