Şəbnəmi tənqid etdilər, “Həci” ilə hədələdi: “Nömrəni direktə yaz…”

Oxunma sayı: 601
22-01-2020, 17:40

Şəbnəmi tənqid etdilər, “Həci” ilə hədələdi: “Nömrəni direktə yaz…”
Müğənni Şəbnəm Tovuzlu ilə sosial şəbəkə istifadəçisi arasında qalmaqal yaşanıb.

Arasdırma.info xəbər verir ki, Şəbnəm Tovuzlu əlində şərabla poz verdiyi fotosunu İnstaqramda paylaşıb.

Sosial şəbəkə istifadəçisi müğənninin fotosuna “Həcidən ayıbdır!” şərhini yazaraq iradını bildirib.

Şəbnəm Tovuzlu isə onu cavabsız qoymayıb: “Narahat olma! Həcı hər gün, hər dəqiqə yanımızdadır. Niyə narahatsan? Belə istəyirsən nömrəni direktə yaz, səhər yığsın görüşsün. Əli də qucağımızda gələk”.

Şəbəkə istifadəçisi isə müğənniyə “Əlinizə “bakal” götürmüsünüz. Həcilərin aləmində də şərab haramdır. Fikirilərimə görə də məni “razborka”ya çağırırsınız” deyib.

Qeyd edək ki, Şəbnəm Tovuzlu Həcı ləqəbli şəxslə evlidir. Cütlüyün Əli adlı oğlu var.Teleqraf.com
Şəbnəmi tənqid etdilər, “Həci” ilə hədələdi: “Nömrəni direktə yaz…”

Paylaş
Xəbər lentİ