Xalq artisti koronavirusla bağlı: "Yaşıl alma yeyin, yaşıl çay və ..."

Oxunma sayı: 473
26-03-2020, 15:23

Xalq artisti koronavirusla bağlı: "Yaşıl alma yeyin, yaşıl çay və ..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Arasdırma.info xəbər verir ki, sənətçi İnstaqramda evindən görüntü payalaşaraq bu sözləri yazıb:

"Evdə qalmağın da öz faydaları var. Bizim evdə kişilər biri saat 6-da, biri isə saat 8 də işə gedirdi. Az-az görüşürdük.

İndi daha çox bir yerdə oluruq və dərdləşirik. Teodor Drayzerin “Amerika faciəsi” əsərini oxuyuram.
Kitabı 20 il əvvəl oxumuşdum. İndi görürəm ki, tamamilə başqa cür başa düşməyə başlayıram".

Xalq artisti karantində evdə vaxtının necə keçdiyini də açıqlayıb:

"Özüm üçün kofe dəmləyirəm. Evdə oturmusunuz, bacardıqca idman edin. Mənim idman etməyə həvəsim yoxdur. İdman edin, az yeyin. Yaşıl alma yeyin, yaşıl çay və kofe için. İnanıram ki, xalqımız bu vəziyyətdən alnıaçıq və üzüağ çıxacaq".Teleqraf.com

Paylaş
Xəbər lentİ