Sevda ilk dəfə həkim nişanlısının şəklini paylaşdı: "Resepti..." - Foto

Oxunma sayı: 669
7-04-2020, 15:04

Sevda ilk dəfə həkim nişanlısının şəklini paylaşdı: "Resepti..." - Foto
Müğənni Sevda Yahyayeva sosial şəbəkədə şəxsi həyatı haqqında sualları cavablandırıb.

Arasdırma.info xəbər verir ki, o, ilk dəfə İnstaqramda nişanlısı Zakir Bayramovun fotosunu paylaşıb.

İnsaqram izləyicilərinin suallarını cavablandıran 34 yaşlı müğənni "Nişanlınız hansı bürcdür?" sualına "Oğlaq bürcüdür" deyə cavab verib.

"Nə zaman onunla birlikdə çəkilən fotonuzu paylaşacaqsınız?" sualına isə müğənni "Karantindən sonra..." deyib.

Sevda Yahyayeva həkim nişanlısının ünvanına tərif də yağdırıb. "Zakir bəyin hazırladığı yeməyin reseptini siz vermisiz?" sualına o, "Xeyr, o, özü çox istedadlıdır" deyə cavab verib.

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə nişanlanıb. O, Leyla Medical Center-də (keçmiş Leyla Şıxlinskaya Klinikası) genetik-laborant olaraq çalışır.Teleqraf.com

Paylaş
Xəbər lentİ