Xalq artisti Emin: “Daha çox uşaq sahibi olacağımı gözləyirəm”

Oxunma sayı: 506
16-04-2020, 18:04

Xalq artisti Emin: “Daha çox uşaq sahibi olacağımı gözləyirəm”
“Qətiyyən tənbəl deyiləm. Çox məsuliyyətliyəm”.

Cahantv.az xəbər verir ki, bu sözləri Xalq artisti və “Crocus Group” şirkətlərinin birinci vitse-prezidenti Emin Ağalarov “Jara”nın rəsmi “Instagram” hesabında Jara TV-nin aparıcısı Konstantin Tarasyukla onlayn müsahibəsi zamanı deyib.

Müğənni hamının evdə oturub, yeyib kökəldiyi bir vaxtda, xeyli çəki atdığını söyləyib:

“Karantin zamanı hamı kökəldi. Təəccüblü olan budur ki, mən beş kiloqram arıqlamışam. İştahım yoxdur” .
Xalq artisti Emin: “Daha çox uşaq sahibi olacağımı gözləyirəm”
Hər zaman qara rəngə üstünlük verən sənətçiyə Konstantin “Corc Armaninin “Kişinin yeganə rəngi qaradır” sitatına əməl edirsiniz. Parlaq rənglər geyinənlərə münasibətiniz necədir? Nə zamansa sizi heç parlaq rəngli geyimlərdə görə biləcəyik?” sualını ünvanlayıb. Emin Ağalarovun cavabı belə oldu:

“Buna tamamilə normal baxıram. Ötən əsrin 60-80-ci illərində insanlar paltar, saç düzümü, pirsinq, döymə ilə müxtəlif eksperimentlər edirdilər. Gənclərin belə təcrübələrə ehtiyacı var. Bunları müsbət qiymətləndirirəm. Lakin özüm geyimlər və rənglərlə eksperimentlərə hazır deyiləm. Geyimlərdə çox sadə bir seçimim var. Karantin zamanı çox rahat paltarlar geyinirəm. Misal üçün, cibli, enli şalvarlar və papaqlar. Amma bu geyimdə işə gedə bilmərəm”.
Xalq artisti Emin: “Daha çox uşaq sahibi olacağımı gözləyirəm”

Paylaş
Xəbər lentİ