"Toppuş bacı"da xərçəng yenidən baş qaldırdı: "Orqanizmim tab gətirmir" - Foto

Oxunma sayı: 551
8-05-2020, 17:22

"Toppuş bacı"da xərçəng yenidən baş qaldırdı: "Orqanizmim tab gətirmir" - Foto
"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" verilişinin virtual qonağı olub.

Arasd;rma.info xəbər verir ki, əməkdar artist xərçəng xəstəliyinin qayıtdığını açıqlayıb:

"Bəzi şayiələr yayılır və insanlar da təəccüblənirlər. Amma təəssüf ki, xərçəng yenidən qayıdıb. Böyrək damarlarımda törəmələr çıxıb. Yenə ayaqüstəyəm, yaxşı olmağa çalışıram. Milli Onkologiya Xəstəxanasının bütün heyətinə təşəkkür edirəm və həkimlərimə inanıram.

İki ilə yaxın limfalardakı şişlərlə müalicə aldıq və istədiyimiz səviyyəyə gəldik.

Artıq analizin nəticələri açıqlandı. Həkimdən soruşanda ki, mən yenə kimyaterapiya alacam? "Hə" deyəndə vəziyyətin nə yerdə olduğunu başa düşürəm.

Hazırda kimyaterapiya qəbul edə bilmirəm. Bu mənim orqanizmimdə olan problemdir, tab gətirmir. Mənim dərmanım kimyaterapiyadır və onu da qəbul edə bilmirəm. Çünki qanım aşağı düşür. Son bir ayda 150 iynə vurulub. Çox ağır prosesdir. Çox pis oluram.

Müalicəmin ikinci mərhələsindəyik. Həkimlər hər şeyi təmənnasız edirlər".Teleqraf.com

Paylaş
Xəbər lentİ