Murad Dadaşov Zaur Kamalı da Xəzər TV-dən kənarlaşdırdı

Oxunma sayı: 806
28-08-2020, 20:21

Murad Dadaşov Zaur Kamalı da Xəzər TV-dən kənarlaşdırdı
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-də bir neçə dəyişiklik baş tutub.

Arasdırma.info Axşam.az-a istinadən xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib.

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra Xəzər TV-nin nəzdində fəaliyyət göstərən Dalğa TV-də tamaşaçıların görüşünə gələcək.

Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən Dalğa TV-də efirə çıxacaq.

Xəzər TV-nin efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də Dalğa TV-də yayıma başlayacaq

Paylaş
Xəbər lentİ