Məşhur meyxanaçı ölümündən əvvəl özünə qəbir hazırladıb — VİDEO

Oxunma sayı: 376
5-02-2021, 21:41

Məşhur meyxanaçı ölümündən əvvəl özünə qəbir hazırladıb — VİDEO
“Space” TV-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış» verilişində bayram günü məşhur meyxanaçılar qonaq olub.

Arasdırma.info xəbər verir ki, tanınmış meyxanaçı Ağamirzənin açıqlaması isə qonaqları təəccübləndirib. Amil Xəlilin «ölümdən qorxursunuzmu?» sualına o geniş açıqlama verib: «Xeyr, bu gün atamın, anamın qəbrinin yanında özümə qəbir hazırlatmışam. Hər şey hazırdı. Hər dəfə o qəbri də ziyarət edirəm ki, şeytana uymayım»

Teleaparıcının «Bəs yaxınlar nə dedi?» sualına Ağamirzə «çox söz-söhbət düşdü. Axırda qəbul etdilər», – deyə cavab verib.

Bundan başqa Ağamirzə Namiq Məna ilə münasibətlərinə də ilk dəfə efir vasitəsi ilə aydınlıq gətirib. «İstəmirəm onunla üzbəüz oturum. Meyxana iki yerə bölünəndən sonra münasibətlər dəyişdi. Meyxana sənəti Balabəy, Gülağa, Cavid kimi əjdahaları itirdi», – deyə Ağamirzə açıqlama verib.

Həmin anları sizə tam olaraq təqdim edirik:

Paylaş
Xəbər lentİ