Emin Ağalarov Nəciməddin Sadıkovun qızından ayrıldı

Oxunma sayı: 339
10-02-2021, 21:15

Emin Ağalarov Nəciməddin Sadıkovun qızından ayrıldı
Bir müddət öncə nişanlanan Xalq artisti Emin Ağalarovun Azərbaycanın sabiq Baş Qərargah rəisi Nəciməddin Sadıkovun qızı Fatimədən ayrıldığı haqda məlumat yayılıb.

Arasdırma.info Kult.az-a istinadla xəbər verir ki, cütlüyün 2020-ci ilin sentyabr ayında nişanlandıqları haqda məlumat yayılmışdı. Emin Ağalarov isə “Fatimə həqiqətənmi mövcuddur” sualına müsbət cavab vermişdi.

Buna baxmayaraq, Rusiyadakı mənbələrdən aldığımız məlumata görə, münasibətlər nikahla nəticələnməyib. İddiaya görə, cütlük Vətən müharibəsi vaxtı ayrılıb.

Qeyd edək ki, E.Ağalarov yayılan bu məlumatlarla bağlı hər hansı açıqlama verməyib.

Paylaş
Xəbər lentİ