Röya Floraya cavab verdi: "Məni sıxmayın"/Foto

Oxunma sayı: 345
14-02-2021, 23:12

Röya Floraya cavab verdi: "Məni sıxmayın"/Foto
Xalq artisti Röya Ayxan həmkarı Flora Kərimovaya cavab verib.

Arasdırma.info xəbər verir ki, Röya Ayxan İnstaqramda hekayə bölümündə "Çox sevindim ki, əvvəlki kimi məni sevməyə başladınız. Və rica edirəm ki, başqasına əsəbləşib, məni sıxmayasınız. Hamımızın ürəyində bir yeri var. Sizə uzun ömürlər..."-deyə, bildirib.

Qeyd edək ki, Flora Kərimova "ATV maqazin onlarla" verilişində Röya Ayxan haqqında bu sözləri deyib: "Röyanın ürəyi var... Bilirsiniz o, mənə kimi xatırladır? Təzə doğulmuş körpələri, bələmək, sığallamaq istəyirsən. Mən heç nəyi unutmuram. Qisas alanam. İnsanlar var ki, qıymıram. Çox uzun illər əvvəl qızıma dedi ki, anana yiyə dur. Mən ondan qisasımı aldım"//teleqraf

Paylaş
Xəbər lentİ