Faiq Ağayev peyvənd olundu - Tez bir zamanda...

Oxunma sayı: 364
16-02-2021, 13:32

Faiq Ağayev peyvənd olundu - Tez bir zamanda...
Xalq artisti Faiq Ağayev insanları peyvənd olunmağa çağırıb.

Arasdırma.info xəbər verir ki, Faiq Ağayev bu haqda sosial şəbəkədə yazıb: "Hamı normal həyata qayıtmaq istəyir. Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq.


Bu dəfə hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir.

Yaxın günlərdə "Sinovac"ın 2-ci dozasını etdirmək üçün yenə də həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam. Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qədrinə qalın, lütfən. Peyvənd edib, salamat yaşayın, əzizlərim”.//publika

Paylaş
Xəbər lentİ