"Adım kimi əminəm, Xatirəyə pul verən olmayacaq"

Oxunma sayı: 80
19-02-2021, 21:04

"Adım kimi əminəm, Xatirəyə pul verən olmayacaq"
Müğənni Xatirə İslam dünən verdiyi açıqlamasında efirə çıxmaq üçün telekanallardan pul tələb edəcəyini bildirib. O deyib ki, dünyanın hər bir ölkəsində efirə çıxan müğənniyə qonorar ayrılır, bu, Azərbaycanda da belə olmalıdır. Sənətçinin sözügedən fikirləri yeni müzakirələrin yaranmasına səbəb olub.

Aeasdırma.info xəbər verir ki,Axşam.az məsələ ilə bağlı tanınmış televiziya aparıcıları və prodüserlər arasında sorğu keçirib.

"ATV maqazin onlarla" proqramının aparıcısı Afaq Gəncəli X.İslamın bu qərarını “gülünc” adlandırıb:

"Azərbaycanda Türkiyədə və Rusiyada olduğu kimi bu sistem yoxdur. Hətta Rusiyada belə bunu hamı etmir. Adama deyərlər, ayağını yorğanına görə uzat. Əgər efirdən pul istəyirsənsə, onda niyə toylara gedirsən? Toy müğənnisi olma, otur evində, efirdən pul al və çıx oxu. Müharibədən yeni çıxmış bir ölkədə və pandemiyanın olduğu dövrdə bu addım yanlışdır. Restoranlar tam açılmayıb, toylar yoxdur, necə efirdən pul istəyə bilərsən? Onun bu addımını digər ifaçılar atmayacaq. Çünki hamıya reklam lazımdır. İndi hamı piar arxasınca qaçır. Bəlkə nə vaxtsa bu cür sistem bizdə qurular, o vaxta qədər də Xatirə qalar, ya qalmaz, bilmək olmaz. Arxı tullanmadan, hop deməsin. Bunu dünya ulduzları edər. Pul verəcəm, Xatirə gəlib verilişimdə nə edəcək? Mahnı oxuyacaq? Onun mahnısını "Youtube"da, radioda dinləyirəm də... O dünya ulduzlarıdır pulla kanala çıxır, şou göstərir, rəqs edir. Xatirə bunu edəcək? Bunu Azərbaycanda Aygün Kazımova, Röya Ayxan deyə bilər. Xatirə nə edib ki, kanaldan pul istəyir? Gəlmir verilişə? Heç kim də çağırmayacaq. Nə olacaq? Oturub evində unudulacaq. Gözdən uzaq, könüldən iraq. Adım kimi əminəm ki, alınmayacaq. Sabah Xatirə İslam mütləq hansısa bir verilişə qonaq olacaq. Özü də pul almadan. Onda soruşmayacaqlar ki, bəs niyə çıxdın? Atdığın addımı ağır at. Ola bilər ki, kimsə yeni veriliş açar, səni pulla gətirər. Mənim kimi aparıcılar isə bunu etməyəcək. Xatirə də unudulub gedəcək".

"Adım kimi əminəm, Xatirəyə pul verən olmayacaq"

Paylaş
Xəbər lentİ