"Bunu məndən çox edən olsa, sənətdən gedəcəm" - Baloğlan Əşrəfov- VİDEO

Oxunma sayı: 81
19-03-2021, 13:54

"Bunu məndən çox edən olsa, sənətdən gedəcəm" - Baloğlan Əşrəfov- VİDEO
“Mənim kimi çox konsert verən ikinci bir müğənni yoxdur”. Lent.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Baloğlan Əşrəfov deyib. O, bildirib ki, konsert verməkdə onun rəqibi yoxdur:

“O vaxt Şuşa kinoteatrı deyilən yer var idi. AzTV-nin orda bir verilişi var idi. Həmin verilişdə 10 dəfə mən konsert vermişəm. Ayda 3 dəfə konsertim olardı. Bir çox saraylarda səhnə almışam. Şükürlər olsun ki, bütün kağızlarım qalıb, baxsınlar. Məndən çox konsert verən müğənni olsa, mikrofonu yerə qoyub, sənətdən gedəcəm”.

Paylaş
Xəbər lentİ