Mübariz Mənsimovun adından istifadə edib Xatirə İslamdan pul aldılar -FOTO

Oxunma sayı: 286
29-03-2021, 22:36

Mübariz Mənsimovun adından istifadə edib Xatirə İslamdan pul aldılar -FOTO
Müğənni Xatirə İslama qarşı dələduzluq edilib.

Arasdırma.infonun məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki paylaşımında vurğulayıb. O, bildirib ki, özünü iş adamı Mübariz Mənsimovun yaxını kimi təqdim edən Sahil İmanov tərəfindən aldadılıb:

“Özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı, Türkiyədə sayılan-seçilən kanalın rəhbəri kimi təqdim edən Sahil İmanov haqda danışacam. Mənə də dəfələrlə zəng edib, nələrsə soruşub. Əlimdən gələn paylaşımı etmişəm. Bu adama görə yox, Mübariz Mənsimovun xatirinə etmişəm.


Sahil İmanov Azərbaycanda olan tanınmış insanları aldadır, pulunu mənimsəyir. Birinə deyir sənə sosial şəbəkədə mavi işarəni alacam, birinə deyir “YouTube”da hər şey mənlikdir. Hər şeyi bacardığını deyir. Bu cür danışaraq məşhurları aldadır. Biri mən özüm. Yaxınımı da aldadıb. Mübariz Mənsimovun işçisidirsə, bir ölçü götürülsün. Sahilin özünə də dedim ki, bir çox yalan danışmısan, vədlər vermisən, mənə bulaşma. Yazdı ki, üzr istəyirəm, yaxınınızın pulunu qaytaracam. Sözünün üstündə dayanmadı”.

Sənətçi daha sonra sözügedən posta yazılan rəylərə cavab verərək aldadılan yaxınının Əməkdar artist Vasif Məhərrəmli olduğunu vurğulayıb. //lent.az
Mübariz Mənsimovun adından istifadə edib Xatirə İslamdan pul aldılar -FOTO

Paylaş
Xəbər lentİ