"Maşında oturub, Aygün Kazımovanı güdürdüm"

Oxunma sayı: 361
2-04-2021, 03:51

"Maşında oturub, Aygün Kazımovanı güdürdüm"
"Verilişimin ilk buraxılışı idi. Demişdim, Aygün Kazımovanı gətirəcəm. Televiziya rəhbəri dedi ki, bacarmayacaqsan".
Axşam.az xəbər ki, Bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "Özəl" proqramında deyib. O, aparıcılıq etdiyi ərəfədə Xalq artisti Aygün Kazımova ilə başına gələn hadisədən danışıb:

"Çünki o vaxt münasibətimiz yox idi. Dedim ki, gedib düşəcəm arxasınca, onu güdəcəm. Hara getsə, 11-in yarısı çıxar. Oturub maşında onu güdüb, gözləyirəm. Gördüm, 11-ə qalıb 8 dəqiqə, o çıxmır. Proqram da 11-də başlayır. Gördüm çıxdılar komandası ilə birlikdə. Üzü televiziyaya doğru gedirlər. Tez maşınla keçdim, onlardan əvvəl kanala çatdım ki, gəlirlər hazırlaşın. Bu, Aygün Kazımovanın kanala ilk gəlişi idi. Söz verdiyi kimi gəldi".

Paylaş
Xəbər lentİ