Baloğlan Əşrəfov: "Efirə çıxanda mənə dedilər ki, maskanı çıxart, mən də koronavirusa yoluxdum"

Oxunma sayı: 296
22-04-2021, 18:30

Baloğlan Əşrəfov: "Efirə çıxanda mənə dedilər ki, maskanı çıxart, mən də koronavirusa yoluxdum"
Xəbər verdiyimiz kimi, əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

Arasdırma.info xəbər verir ki,müğənni Azxeber.com-a açıqlamasında bildirib ki, vəziyyəti hələlik yaxşı deyil:

"Bu koronavirus Allahın bəlasıdır, hamının qarşısına çıxır. Məni çox yormayın xahiş edirəm, hazırda ev şəratində müalicə oluram, həkim nəzarəti altındayam, inşallah yaxşı olar”.

Müğənni maskasız canlı efirdə qonaq olduğu zaman koronavirusa yoluxduğunu bildirib:

"Məni telekanalların verilişlərinə dəvət etdilər, canlı yayım idi.
Bayırdan maskayla gəldik telekanala, studiyaya daxil olanda bizdən maskaları çıxarmağı tələb etdilər. Maskamı çıxartdırdılar ki, indi bu dəqiqə canlı yayım başlayacaq. Mən də məcbur çıxartdım. Canlı oxutdurmaq istədilər, mənim mikrafonum başqa müğənninin mikrafonuna, başqa müğənnilərin mikrafonu mənimkinə qarışdı. Beləcə aləmi qatdılar bir-birinə. Allah cəzalarını versin”.

Qeyd edək ki, əməkdar artist B. Əşrəfov 10 gündən artıqdır koronavirusa yoluxub.

Paylaş
Xəbər lentİ