Natavana "kinli" dedi, Rozanı İlhamə Quliyevaya bənzətdi

Oxunma sayı: 330
8-05-2021, 19:38

Natavana "kinli" dedi, Rozanı İlhamə Quliyevaya bənzətdi
Müğənni Xuraman Şuşalı "7 canlı" proqramında sənət adamları haqda fikirlərini bölüşüb.
Arasdirma.info xəbər verir ki, proqramda ifaçıya həmkarları Elnarə Xəlilova və Natavan Həbibinin fotosu göstərilib, "Hansı daha kinlidir" sualı ünvanlanıb. Xuraman Natavanın kinli olduğunu deyib.

Sənətçi Niyam Salaminin əsəbi insan olduğunu bildirib. Xına məclislərinin təşkili ilə bağlı şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva haqda deyilənlərə isə Xuraman maraqlı reaksiya verib:

"Heç biri mənimlə rəqabət apara bilməz. Öz yolları, seçimləri var. Amma mənim rəqibim deyillər".

Səidə Sultanla Əminə Şirin qalmaqalından söz açan ifaçı "Səidə ilə çörək kəsmişik. Əminənin anasını çox istəyirəm. Amma Səidənin tərəfindəyəm" deyə, bildirib.

Xuraman Roza Zərgərlini İlhamə Quliyevaya bənzədib:

"Roza heç bir söhbətin üstündən keçmir. Sona qədər xırdalayır. Onu İlhamə Quliyevaya oxşadıram".

Paylaş
Xəbər lentİ