Pandemiyada restoran açanlar, biznesi batanlar - Siyahı

Oxunma sayı: 47
19-05-2021, 07:06

Pandemiyada restoran açanlar, biznesi batanlar - Siyahı
Bir ildən çoxdur pandemiyaya görə toyların qadağan edilməsi müğənnilərin də maddi sıxıntılar yaşamasına səbəb olub. Onlardan bəzilərinin əlavə qazanc yeri olsa da, bir çoxları tək gəlirinin oxumaqdan olduğunu deyib. Bir çox ifaçı isə pandemiyada əlavə biznes qurmaq eşqinə düşüb.
Arasdırma.info xəbər verir ki, sənət adamlarının çoxu isə restoran biznesinə başlayıb. Pandemiyada əlavə iş quran məşhurları təqdim edirik:

Müğənni Xuraman Şuşalı əvvəl xına məclislərinin təşkili ilə məşğul olurdu. İndi isə sənətçi evlərdə təşkil edilən məclislərə yeməklərin hazırlanması işinə başlayıb. O, açıqlamasında bunun üçün aşpazlar işə götürdüyünü, salatlar, yeməklər hazırlayıb satdığını deyib. Bununla kifayətlənməyən Xuraman kafe açmağa hazırlaşdığını söyləyib.

Bişirdiyi şirniyyatları hər dəfə İnstaqram səhifəsində paylaşan müğənni Sevda Sanəliyeva da kafe açmaq qərarına gəlib. O, kiçik kafesində təamları özü hazırlayacağını deyib.

Müğənni Niyam Salami də restoran biznesinə başlayıb. Bir vaxtlar aşpaz çalışan ifaçı öz məkanında səhnəyə də çıxır.

Müğənni Sevda Əliqızı da özü üçün biznes qurub. İfaçı evində şirniyyat, digər qida vasitələri hazırlayıb satır.

Rəqqasə Rəna Ağamuradova da kiçik kafe açıb. Yalnız şirniyyat və qəhvədən ibarət olan məkan şəhərin mərkəzində yerləşirdi. Amma rəqqasənin biznesi uzun çəkməyib. Bir müddət sonra o, məkanını bağlamalı olub.

Gözəllik salonu, rəqs məktəbi olan rəqqasə Fatimə Fətəliyeva da pandemiyada kafe açdı. O, hələ böyük bir restoran açmağa hazırlaşdığını da söyləyib.

Əməkdar artist Könül Kərimova isə Rusiyada xına evi açıb. O, Moskvada keçirilən xına məclislərini özünün dekorasiya edəcəyini bildirib.

Müğənni Mənzurə Musayevanın isə pandemiyadan əvvəl açdığı gözəllik salonu bağlanıb. Sənətçi Sumqayıtda fəaliyyət göstərən mərkəzini işlədə bilməyib.//axsam.az

Paylaş
Xəbər lentİ