"Biədəb söz var idi, soruşuram, o sənsənmi, ay xalq artisti?" - Afət Fərmanqızı

Oxunma sayı: 40
25-05-2021, 08:18

"Biədəb söz var idi, soruşuram, o sənsənmi, ay xalq artisti?" - Afət Fərmanqızı
Xalq artisti Flora Kərimova ilə müğənni Afət Fərmanqızı arasındakı qalmaqal yenidən alovlanıb.

A.Fərmanqızı "Birə bir" proqramında mövzu haqda danışıb.

Arasdırma.info sherg.az-a istinadən xəbər verir ki, verilişin fraqmentini sənətçi öz profilində yerləşdirib. O bunları söyləyib:
"Mən bir dəfə rəsmi nikahla evlənmişəm. O özü deyib ki, iki dəfə rəsmi, bir dəfə isə qeyri-qanuni ərdə olub. Onun mənə ünvanladığı biədəb söz var idi. İndi soruşuram, o sənsənmi, mənəmmi, ay xalq artisti?"

A.Fərmanqızı həmçinin F.Kərimovaya bir mesaj da göndərib:
"Buradan səni öpürəm".

Paylaş
Xəbər lentİ