Nadir Qafarzadədən Ayanla sevgili olması xəbərinə - Reaksiya

Oxunma sayı: 284
1-06-2021, 20:00

Nadir Qafarzadədən Ayanla sevgili olması xəbərinə - Reaksiya
Müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə sevgili olması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Arasdırma.info xəbər verir ki, Nadir Qafarzadə MTV Azərbaycan kanalında bu xəbərləri yalanlayıb.

"Ayan xanımla duet oxumuşuq. Xatirə İslam və Sevda Yahyayeva ilə də duetimiz olub. Həmçinin korifeylərlə də... Biz duetə iş kimi yanaşmışıq.

Ayan Babakişiyeva ilə dostuq, onun anasını, qardaşını tanıyıram. Onun qızına balam deyirəm. Ola bilər ki, bizim münasibətlərimiz istidir, onu bağrıma da basa bilərəm. Bu demək deyil ki, mənim sevgilimdir... Əsla! Mənə yaraşmaz, Ayan Babakişiyeva yaşında oğlum var. Mənə yaraşmaz... Hətta yaraşsa belə xalqın qızına pis gözlə baxa bilmərəm".//teleqraf

Paylaş
Xəbər lentİ